QR CodeQR Code

Seyyid Həsən nəsrullah :

İranın dəstəyi olmasaydı "İsrail" üzərində qələbə də olmazdı

irib , 9 Feb 2012 00:45

İslamtimes - Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrulla deyib: İran İslam İnqilabının qələbəsi islam vəhdətini reallaşdırdı.


Əl-Aləm telekanalının məlumatına görə, Seyid Həsən Nəsrulla ötən gecə minlərlə livanlının iştirak etdiyi İslamın əziz peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s)-ın səadətli mövludu və Vəhdət Həftəsinin anılması ilə əlaqədar Beyrutun cənubunda Seyyidüş-Şühəda kompleksində keçirilən mərasimdə çıxış edib: İrana qarşı 8 illik müharibənin ABŞ, İsrail və hətta bəzi varlı ərəb ölkələri tərəfindən dəstəkləndiyini nəzərə alaraq, ərəb ölkələrinin pulları müqavimətə kömək, Fələstin və Qüdsün azad olunmasına sərf olunması yerinə İrana qarşı müharibəyə xərcləndi.

Nəsrulla əlavə edib: İşğalçılar, müstəmləkəçilər və özlərini xalqların başçıları hesab edənlər "təfriqə sal və hökumət et" əsasına əsasən islam məzhəbləri və xalqlar arasında yaxınlaşmanın yaradılmasında heç bir məsləhət verə bilməzlər.

Livan Hizbullahının baş katibi islam ümməti arasında təfriqəçilik üçün bu şayiələrin meyarlarına toxunub və İranın Misir xalqını şiə etmək ardınca olması ilə əlaqədar şiəni təkzib edərək sözlərini davam edib: Necə mümkündür ki, İran Misir xalqını şiə etsin; Əsla şiənin genişlənməsi adı ilə heç bir məsələ mövcud deyil.

Livan Hizbullahının baş katibi habelə sözlərinin davamında İranın müqavimətə olan dəstəklərini alqışlayıb və deyib: 2006-cı ildə 33 günlük müharibədə İsrailə qarşı İranın dəstəyi olmadan uğur qazana bilməzdik və Suriya da bu qələbədə önəmli və böyük rola malik idi.

Livan Hizbullahının baş katibi habelə İsrail, ABŞ və kompromisə gedən ərəb ölkələrinin Suriyaya qarşı fitnəsinə toxunaraq bu fitnədən əsas məqsədin müqavimət və fələstinlilərə zərbə vurmaq olduğunu bildirib.

Nəsrulla xatırladıb: Həqiqət budur ki, bu gün Suriyada bir quruluş mövcuddur ki, konstitusiya və orduya malik olmaqla hələ də yerindədir və bizim məlumatımıza əsasən indiyə qədər Suriya xalqının böyük hissəsi bu quruluşu dəstəkləyir və küçələrdə etirazlar edirlər. Nəticədə xalq bu quruluşu təcrid edib məsələsi qeyri-düzgün məsələdir.


Story Code: 136456

News Link :
https://www.islamtimes.org/az/news/136456/iranın-dəstəyi-olmasaydı-israil-üzərində-qələbə-də-olmazdı

Islam Times
  https://www.islamtimes.org