QR CodeQR Code

İsrail rejiminin terrorçularla əlbir olması aşkar edilib

deyerler , 9 Feb 2012 22:09

İslamtimes - Bu haqda xəbəri NBC kanalı adının çəkilməsini istəməyən yüksək rütbəli ABŞ hərbçilərinə istinadən yayıb.


Son zamanlar İranda nüvə fiziki və kimya alimlərinin qətlə yetirilməsində İsrail rejiminin sionist hökumətinin əli olması və bu terror hadisələrini törədənlərin İsrail rejimi tərəfindən maliyyələşdirilməsi üzə çıxıb. Bu haqda xəbəri NBC kanalı adının çəkilməsini istəməyən yüksək rütbəli ABŞ hərbçilərinə istinadən yayıb. Bu məlumatlara istinadən 5 alimin qətli İranda terror aksiyaları törədən qruplaşmanın işi olması bildirilir. Telekanal müsahibləri Barak Obama administrasiyasının bundan xəbərdar olduğunu lakin bu terror aksiyalarında birbaşa iştirak etmədiklərini söyləyiblər.

Qeyd edək ki, İran rəsmiləri dəfələrlə İsrail rejiminin terror qruplaşmalarını maliyyələşdirməklə yanaşı, “Mossad”ın bazalarında onlara təlim keçdiklərini bəyan ediblər. NBC telekanalının iki mənbəsi İran rəsmilərinin bu bəyanatlarını təsdiqləyiblər.

Xatırladaq ki, İsrail rejimi onlara ünvanlanan bu ittihamları nə təsdiqləməyib nə də inkar edib. Qeyd edək ki, İran hökuməti qətllərdə iştirak edən terrorçulardan birinin ələ keçirildiyini və bütün bu məlumatların ondan aldıqlarını bildiriblər.


Story Code: 136662

News Link :
https://www.islamtimes.org/az/news/136662/israil-rejiminin-terrorçularla-əlbir-olması-aşkar-edilib

Islam Times
  https://www.islamtimes.org