QR CodeQR Code

Sarkozinin İrana hücum xəbərdarlığı

10 Feb 2012 16:45

IslamTimes - 8 fevralda keçirilən ziyafətdə İranın nüvə probleminin hərbi yolla həlli müzakirə olunarkən Sarkozi bunu səmərəsiz adlandırıb


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, Fransa prezidenti Nikola Sarkozi Fransa yəhudilərinin illik toplantısında çıxış edib. O öz çıxışında İranın nüvə proqramını dayandırmaq üçün hücumun qaçılmaz olması mövzusunda danışıb. Fransanın məşhur Yəhudi Cəmiyyətləri Şurasının 8 fevralda keçirilən ziyafətində İranın nüvə probleminin hərbi yolla həlli müzakirə olunarkən Sarkozi bunu səmərəsiz adlandırıb. Sarkozinin əsas rəqibi olan Frank Vis Holand apreldə keçiriləcək seçkilərə hazırlaşır. Yəhudilərin toplantısına qatılan Holand Sarkozinin çıxışına münasibət bildirərək deyib ki, İranın nüvə proqramı probleminin yeganə həll yolu diplomatik həll yoludur. Holand bildirib ki, bu sahədə yaranmış tupiki danışıqlar yolu ilə aradan qaldırmaq mümkündür.

ABŞ, İsrail və onların müttəfiqləri Tehranı nüvə silahı hazırlamaqda ittiham edirlər. Onlar bu ittihamları bəhanə edərək yeni sanksiyalara əl atdılar. Eyni bəhanə ilə İran həm də hərbi müdaxilə ilə hədələnir. İran nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulub və MAQATE üzvü olaraq nüvə enerjisindən istifadə haqqına malikdir. Tehran bu yolu tutub və heç bir hədə onu bu yoldan çəkindirməyəcək.


Story Code: 136779

News Link :
https://www.islamtimes.org/az/news/136779/sarkozinin-irana-hücum-xəbərdarlığı

Islam Times
  https://www.islamtimes.org