0
Friday 23 October 2009 - 20:52

MANEVRİN AMERİKA ÜÇÜN NAİLİYYƏTİ OLACAQMI?!

Livanlı ekspert: "Amerika bu yolla şərqi ələ keçirmək istəyir"
Story Code : 13692
MANEVRİN AMERİKA ÜÇÜN NAİLİYYƏTİ OLACAQMI?!
Amerikanın Yaxın şərqdə hökmranlıq arzusu ilə  20 illik səylərinin nəticəsiz qalmasını bildirən hərbi məsələlər üzrə Livanlı ekspertin fikrincə, Amerika İsraillə ortaq hərbi manevrdən dəniz yolu ilə Yaxın şərqdə planlarını həyata keçirmək məqsədi güdür.

İlk dəfə olaraq  Amerika hərbiçilərinin komandanlığı altında keçirilən ortaq hərbi manevr bu ölkənin döyüş texnikası  və hərbi gəmilərinin İsrail limanlarında yerləşməsinə zəmin yaradacağına əmin olan Hətit İsrail ABŞ-ın komandanlığına razılıq verməsini bu manevrin özünə məxsus xüsusiyyəti və yenilik kimi qiymətləndirmişdir.

Planlar baş tutarsa Amerika Qırmızı dəniz, Cəbəllü-t-Tariq boğazı sularında öz hərbi qüvvələrini yerləşdirməklə şərqdən tutmuş Fars körəzinə qədər bütün suları ələ keçirmək fürsəti əldə edir- ekspert belə qənaətdədir.

"Bu strateji cəhətdən çox əhəmiyyətli bir manevrdir və Amerikanın çox saylı hərbi gəmilərinin Yaxın şərq sularında yerləşdirilməsi bu mənadadır ki, Amerika 20 illik uzun bir zaman ərzində Yaxın şərqi öz fəth edə bilməmişdir. İndisə dəniz yollarını ələ keçirməklə bu niyyətini reallaşdırmaq fikrindədir."

Qeyd edək ki, 2001 ildən bəri keçirilən Amerika ilə İsrailin sayca beşinci olam "Cunyir Kubra" adlı 2 həftəlik manevrinə 21 oktyabrdan start verilmişdir. 
Bu manevrdə üç müxtəlif nöqtədən İsrailə planlaşdırılmış raket hücumları səhnələşdirilmişdir.

IslamTimes
Redaksiya ilə əlaqə ünvanı: info@az.Islam times.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.
Translator :
Comment