0
Saturday 11 February 2012 - 10:47

ABŞ əsgərləri Ağ Evi qara günə qoydu!

Story Code : 136934
ABŞ - Ağ Ev
ABŞ - Ağ Ev
“Qafqazinfo”nun məlumatına görə, Helmand bölgəsində snayperçilər qrupunun ABŞ və Nasist bayrağı altında çəkdirdikləri şəkilin internetdə yayımlanması narazılıqlara səbəb olub. Şəkildə milyonlarla yəhudinin ölümündə məsuliyyət daşıyan Adolf Hitler və nasistlərin SS Briqadasının bayrağı ABŞ bayrağı altında yerləşdirilib.
Həmin foto silah istehsalçısı "Knights Armament"in internet blogunda yayımlanıb. ABŞ tərəfi fotonun Əfqanıstanda çəkildiyini və əsgərlərin ölkədə xidmət edən snayperçi qrupu olduğunu təsdiqləyib.
Qeyd edək ki, bu yaxınlarda Əfqanıstanda ölən əsgərləri murdarlayan ABŞ əsgərləri ilə bağlı qalmaqaldan sonra bu ABŞ hökumətini çətin vəziyyətə salan ikinci belə vəziyyətdir. /HaqqYolu/

Comment