0
Saturday 11 February 2012 - 19:16

İran əzmlə irəli addımlayır

Story Code : 137020
İran əzmlə irəli addımlayır
İran əzmlə irəli addımlayır
"IslamTimes" "ISNA"-ya istinadən xəbər verir ki, İranda İslam İnqilabının 33-cü ildönümü münasibəti ilə bağlı bütün İranda milyonlarla iranlı küçələrə axışaraq, bayram əhval-ruhiyyəsi yaradıblar. Hətta Ərdəbil kimi bir neçə şəhərdə qar yağmasına baxmayaraq, bütün əhali İslam inqilabının il dönümü qeyd edib.

Tehranın Azadi meydanındakı çıxışında prezident Mahmud Əhmədinejad deyib: "İran 33 il ərzində düşmənlərin təzyiqlərinə baxmayaraq böyük nailiyyətlər əldə edib. Xüsusi ilə son illərdə təzyiqlərin daha da şiddətlənməsi səbəbindən bu nailiyyətlər bir neçə qat artıb. Yaxın bir neçə gün ərzində dünya nüvə proqramı sahəsində yeni ciddi nailiyyətlər əldə etdiyimizə şahid olacaq".
Comment