0
Wednesday 15 February 2012 - 06:34

6 Avropa ölkəsinə bəd xəbər

Story Code : 137897
6 Avropa ölkəsinə bəd xəbər
6 Avropa ölkəsinə bəd xəbər
Beynəlxalq kredit təşkilatı "Moody's2 6 Avropa ölkəsinin kredit dərəcəsini aşağı salıb.

Milli.Az TRT-yə istinadən bildirir ki, təşkilatdan verilən açıqlamada İtaliyanın kredit dərəcəsinin A2-dən A3-ə, İspaniyanın kredit dərəcəsinin A1-dən A3-ə, Portuqaliyanın kredit dərəcəsinin Ba2-dən Ba3-ə, Sloveniya və Slovakiyanın kredit dərəcələrinin A1-dən A2-də, Maltanın kredit dərəcəsinin isə A2-dən A3-ə salındığı bildirilib.

İspaniyanın kredit dərəcəsini iki pillə, digər 5 ölkənin dərəcəsini isə bir dərəcə azaldan təşkilat bu ölkələrin kredit dərəcələrinin görünüşünün isə neqativ olduğunu bəyan edib.

Fransa, İngiltərə və Avstriyanın Aaa olan kredit dərəcəsi olduğu kimi qalsa da, bu üç ölkənin kredit dərəcəsinin görünüşü də "durğun"dan "neqativ"ə doğru dəyişib. "Moody's" avro bölgəsini qoruma fondu olan Avropa Maliyyə Sabitliyi Fondunun Aaa olan kredit dərəcəsini də olduğu kimi saxlayıb.

Təşkilat AB üzvü olan 9 ölkənin kredit dərəcəsinin neqativ görünməsinin gələcək aylarda maliyyə şərtlərində qeyri-müəyyənliyin davam edəcəyini əks etdirdiyini açıqlayıb.
Comment