0
Thursday 16 February 2012 - 15:17

Lukaşenko İranla münasibətlərin möhkəmləndirilməsini istəyib

Story Code : 138311
Lukaşenko - İran
Lukaşenko - İran
Belarus prezidenti Aleksandr Lukaşenko İranlı həmkarına etdiyi müraciətində İran İslam İnqilabının əzəmətli qələbəsinin ildönümü münasibəti ilə onu təbrik edib və iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsini vurğulayıb.

Lukaşenko həmçinin müraciətində uzun illər İranla Belarus arasında gedən dostluq münasibətlərinə işarə edərək, gələcəkdə də bu münasibətlərin genişləndirilməsini arzulayıb.

Lukaşenko müraciətinin digər hissəsində İranla Belarus əməkdaşlıqlarının genişləndirilməsinə görə həmkarına öz təşəkkürünü bildirib.

İranla Belarus münasibətləri genişlənməkdədir və iki ölkə sənaye və enerji kimi mühüm və həssas sahələrdə əməkdaşlıq edirlər. /AzadXeber/
Comment