QR CodeQR Code

Əhmədinejad: “Azərbaycanlıları çox sevirəm”

17 Feb 2012 11:07

IslamTimes - Azərbaycanlı jurnalist, kinoşünas Sədaqət Kamal İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadla görüşüb


“Mərkəz”in məlumatına görə, Sədaqət Kamal ANS Press-ə bildirib ki, görüş Tehranda “Fəcr” Film Festivalının təntənəli açılış mərasimi olub.

Mərasimdə Azərbaycan nümayəndələri də iştirak edib. Tədbir çərçivəsində onların İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadla görüşü keçirilib.

Azərbaycanı təmsil edən kinoşünas Sədaqət Kamal festivalla bağlı təəssüratlarını bölüşüb: “Fəcr Film Festivalının təntənəli açılış oldu.

Açılışa ölkə prezidenti Mahmud Əhmedinejad da gəlmişdi. Onunla şəxsən ünsiyyət qurmaq imkanı əldə etdim. Əhmedinejad Azərbaycan dilində “Azərbaycan xalqına salamlarımı çatdırın, mən onları çox sevirəm” söylədi və əlini ürəyinin üstünə qoyub, “Ürəkdən sevirəm” deyə vurğuladı. Mən isə “Mən də sizə ürəkdən inanıram” deyə cavab verdim.” /SizinYol/


Story Code: 138439

News Link :
https://www.islamtimes.org/az/news/138439/əhmədinejad-azərbaycanlıları-çox-sevirəm

Islam Times
  https://www.islamtimes.org