0
Saturday 18 February 2012 - 08:17

"Əl Qaidə" indi də Suriyanı partladır?

Story Code : 138588
"Əl Qaidə" indi də Suriyanı partladır?
"Əl Qaidə" indi də Suriyanı partladır?
Suriya rəsmilərinin bildirdiyinə görə, paytaxt Dəməşqdə iki intiharçı hücumu 44 adamın ölümünə, 150 nəfərin yaralanmasına səbəb olub.

SANA xəbər agentliyi hücumların təhlükəsizlik obyektləri yaxınlığında həyata keçirildiyini bildirib. Hücum terror aksiyası kimi qiymətləndirilib. Şahidlərin dediyinə görə, partlayışlardan sonra atışma olub. Suriya rəsmiləri hücuma görə "Əl Qaidə"ni günahlandırırlar.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, hücumlar Ərəb Liqasının nümayəndə heyətinin Suriyaya səfəri vaxtına təsadüf edib. Bu hadisənin baş verməsi onu göstərir ki, xarici qüvvələr Ərəb Liqası nümayəndələri Suriyada olarkən bu ölkədəki vəziyyətin ağır oldğunu göstərmək niyyətindədirlər. Belə olan halda Suriyaya hərbi müdaxilə etmək üçün də bəhanə əldə etmək olar.

Suriyada fevral ayının 26-da yeni konstitusiya ilə bağlı refendum keçiriləcək. Suriya hökuməti 1963-cü ildən hakimiyyətdə olan Bəs partiyasından əlavə siyasi partiyaların təşkilinə dair qanun layihəsini iyul ayında qəbul edib.

Comment