QR CodeQR Code

Xocalı faciəsinin ildönümündə konsert

18 Feb 2012 13:36

IslamTimes - Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti adlı təşkilatın fevralın 27-də konsert keçirməsinə etiraz




Beynəlxalq Diaspor Mərkəzi (BDM) Xocalı Soyqırımını Tanıtım İctimai Birliyi və bir sıra digər təşkilatlar dünyanın hər yerində Azərbaycan diasporunun Xocalının anım tədbirləri keçirdiyi vaxtda Sankt-Peterburqdakı diaspor nümayəndələrinin konsert şənliyi təşkil etməsindən hiddətləniblər.

Konsertin təşkilatçısı olan Vaqif Məmişov APA-ya açıqlamasında belə bir tədbirin keçiriləcəyini təsdiqləyib: “Birincisi, burada 380 min azərbaycanlı yaşayır. İkincisi, Xocalı faciəsi fevralın 25-dən 26-a keçən gecə baş verib, 27-də yox ki! Biz də hər il fevralın 25-26-da bu hadisəni bir yerdə yığışıb yada salırıq. Bu il də yığışıb yada salarıq”.

V. Məmişov onların ünvanına səslənən ittihamları əsassız adlandırıb: “20 yanvar faciəsindən sonra ayın 21-də Azərbaycanda da konsert olur. Bizim burada fevralın 27-də keçirəcəyimiz konsert Rusiyada prezident seçkilərinə dəstək konsertidir. Burada gün seçmək bizdən asılı olmadı. Sankt Peterbuqrdakı 12 min nəfərlik sarayda yalnız ayın 27-də boş yer var”.

Qeyd edək ki, həmin konsertdə iştirak etmək üçün Azərbaycandan müğənnilər Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhyayevə, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, Rafael və Coşqun dəvət olunublar.

Azərbaycan qeyri-hökumət təşkilatları bununla bağlı bu il fevralın 20-də Xocalı faciəsinin şahidləri, Qarabağ veteranları, şəhid ailələri, QHT nümayəndələri və sənətçilərin iştirakı ilə etiraz tədbiri keçirəcəklər.
/islamazeri/


Story Code: 138702

News Link :
https://www.islamtimes.org/az/news/138702/xocalı-faciəsinin-ildönümündə-konsert

Islam Times
  https://www.islamtimes.org