QR CodeQR Code

Bəhreynli etirazçılar gecə yarı rejim qüvvələrinin hücumu ilə üzləşib

18 Feb 2012 13:40

IslamTimes - Ali-Xəlifə rejiminə bağlı qüvvələr kəndlərə soxularaq evlərə daxil olub, etirazçıları həbs edir.


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, Bəhreyn Təhlükəsizlik qüvvələri Əd-Diya, Setrə, Səhla, Məamir və bir neçə başqa qəsəbədə xalqın kütləvi etiraz aksiyasını gözyaşardıcı qazlar və gicəlləndirici qumbaralar vasitəsi ilə dağıtmağa çalışıb.

Cümə günü xalqı küçələrdən geri çəkilməyə məcbur etmək üçün polis su şırnaqlarından istifadə edib. Etirazçılar rejim qüvvələrinin bir neçə gün əvvəl qətlə yetirdiyi 19 yaşlı gəncin əzadarlıq mərasiminə gedirmişlər.

Hüquq müdafiəçiləri bildirib ki, Təhlükəsizlik Qüvvələri tərəfindən qətlə yetirilən 19 yaşlı gənc 16 fevralda yanma səbəbindən əmələ gəlmiş ciddi yaradan dünyasını dəyişib.

Bütün bunlar bir halda baş verir ki, rejim qüvvələri kəndlərə soxularaq evlərə daxil olub, qadın etirazçıları belə həbs edir.


Story Code: 138707

News Link :
https://www.islamtimes.org/az/news/138707/bəhreynli-etirazçılar-gecə-yarı-rejim-qüvvələrinin-hücumu-ilə-üzləşib

Islam Times
  https://www.islamtimes.org