0
Sunday 19 February 2012 - 10:54

İrana hərbi hücum Vaşinqtonun xeyrinə deyil

Story Code : 138952
İran - Vaşinqton
İran - Vaşinqton
ABŞ Milli Kəşfiyyat Orqanının İdarəçilik Sisteminin sədri, İrana qarşı hücumun, Amerikaya heç bir səmərəsinin olmadığını deyib.

Press Tv-nin məlumatına görə, Cims Klaper Amerika senatının silahlı qüvvələri komitəsində etdiyi çıxışında ABŞ-ın İrana hücumda heç bir nə əldə etməyəcəyinə işarə edərək qeyd edib: Sionist rejim İrana qarşı hərbi təcavüz barədə qərara gəlməyibdir.

Onun sözlərinə görə, Sionist rejimin İrana hərbi hücumu Tehranın nüvə proqramlarının təkcə 1-2 il təxirə salınmasına gətirib çıxara bilər.

Amerikanın Milli Kəşfiyyat orqanları İrana qarşı hərbi təcavüz barədə qərara gəlməyibdir.

Onun sözlərinə görə Sionist rejimin İrana hərbi hücumu Tehranın nüvə proqramlarının təkcə iki il təxirə salınmasına gətirib çıxara bilər.

Amerikanın Milli Kəşfiyyat orqanları İrana qarşı hərbi təcavüzdən irəli gələcək ehtimal olunan ziyanları dəyərləndirmək iqtidarında deyillər.

ABŞ müttəfiqləri boş iddialar əsasında İranı atom bombası düzəltməyə səy göstərməkdə ittihamlandırır və bu bəhanə ilə bu ölkəyə qarşı sanksiyalar tətbiq ediblər.

Halbuki İranın nüvə fəaliyyətləri sülhməramlıdır və MAQATE İranın nüvə fəaliyyətlərinin hərbi hədəflərə xidmət istiqamətində olmasını sübuta yetirə bilən bir fakt indiyə kimi əldə etməyib. /HaqqYolu/
Comment