QR CodeQR Code

İrana atılan raketlər Bakıya düşə bilər

20 Feb 2012 18:34

IslamTimes - Barak Obama hesab edir ki, İsrail hələ İrana hərbi zərbələr barədə son qərarını verməyib.


Obamanın sözlərinə görə, İsrail rəhbərliyində bu məsələdə hələ konsensus yoxdur. Ona görə də İran məsələsinin güc yoluyla həllinin qaçılmaz olduğu haqda danışmaq tezdir. “Mən hesab etmirəm ki, İsrail tezliklə İranı vurmaq barədə qərar verib. Mənim mövqeyimə görə onlar inanırlar ki, Tehran nüvə silahı əldə etmək ambisiyalarını bir qədər cilovlayıb” deyə, Obama bildirib. ABŞ prezidenti deyib ki, Vaşinqton İran məsələsində İsraillə birgə hərəkət edir. O, ilk növbədə problemin diplomatik həlli imkanlarının sınaqdan keçirilməli olduğunu, ancaq digər variantların da masa üzərində qaldığını deyib. ABŞ prezidenti həmçinin deyib ki, İranın Birləşmiş Ştatlar ərazisinə zərbə endirmək imkanlarının olduğuna inanmır. Amma belə şübhələr var ki, müharibə başlasa İran ABŞ ərazilərini müharibə çevrəsinə daxil edəcək. Bakı üçün qorxulu nöqtələr daha çoxdur. Belə ki İrana atılacaq uzaq mənzilli raketlər Bakıya da düşə bilər. /HaqqYolu/


Story Code: 139378

News Link :
https://www.islamtimes.org/az/news/139378/irana-atılan-raketlər-bakıya-düşə-bilər

Islam Times
  https://www.islamtimes.org