QR CodeQR Code

Senator Con Makkeyn: İsrail İranla bağlı özü qərar verməlidir

23 Feb 2012 06:46

IslamTimes - “ABŞ və İsrail arasında İranla bağlı fikir ayrılığı var”.


APA-nın məlumatına görə, bunu amerikalı senator Con Makkeyn bildirib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında İranla necə rəftar ediləcəyi barədə gərginlik mövcuddur: “Ancaq ABŞ və İsrail müttəfiq ölkələrdir. Ona görə də belə anlaşılmazlıqlar ortaya çıxmamalıdır”. C. Makkeyn deyib ki, İsrail İranın bu ölkənin təhlükəsizliyinə xələl gətirəcək təhdidləri barədə özü qərar verməlidir: “Rəsmi Təl-Əviv beynəlxalq təzyiqlər olmadan Tehrana veriləcək cavabın üsulunu və şiddətini təyin etməlidir. Əgər mən bir İsrail vətəndaşı olsaydım, dövlətimin mövcud vəziyyətlə bağlı qiymətləndirmələrini digər dövlətlərin analiz və qiymətləndirmələrindən daha çox qəbul edərdim”.

İsrail İranın güclənməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəmir. Beynəlxalq Təşkilatlar İsrailin törətdiyi cinayətləri pisləsə də, heç zaman bu cinayətlərin qarşısını almağa səy göstərməyib. Amma İranın güclənməsi İsrailin bu özbaşınalıqlarına son qoyulması deməkdir. İşğalçı sionist rejimi isə heç cürə bu həqiqəti qəbul etmək istəmir.


Story Code: 140130

News Link :
https://www.islamtimes.org/az/news/140130/senator-con-makkeyn-israil-iranla-bağlı-özü-qərar-verməlidir

Islam Times
  https://www.islamtimes.org