0
Thursday 23 February 2012 - 09:09

Jurnalistin həbsi ilə bağlı apelliyasiya şikayət verldi

Story Code : 140143
Jurnalist - apelliyasiya
Jurnalist - apelliyasiya
Jurnalistin həbsi ilə bağlı apelliyasiya şikayət verldi

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Binəqədi Rayon Məhkəməsinin İran İslam Respublikasının “Səhər” telekanalının Azərbaycan nümayəndəliyinin müxbiri Anar Bayramlı haqqında çıxardığı həbs qətimkan tədbirindən apellyasiya şikayəti verilib.

Vəkil Anar Qasımlının sözlərinə görə, fevralın 17-də Anar Bayramlı haqqında həbs qətimkan tədbiri seçilərkən onun hüquqlarını dövlətin təyin etdiyi vəkil qoruyub: “Lakin həmin vəkil ötən müddət ərzində Anar Bayramlı ilə heç bir əlaqə saxlamayıb. Eləcə də Binəqədi Rayon Məhkəməsindən həbs qətimkan tədbirinin seçilməsi haqda qərarı götürməyib. Apellyasiya şikayətinin verilmə müddəti dünən başa çatıb. Bu gün mən Binəqədi Rayon Məhkəməsindən qərarın surətini götürdüm və Bakı Apellyasiya Məhkəməsinə ərizədə gecikmənin obyektiv səbəblərini göstərdim”.

Anar Bayramlı əliyevlər rejimi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə Şərlənilərək ittiham olunur. /abna.ir/
Comment