0
Thursday 23 February 2012 - 09:15

BMT Əfqanıstanda Quran Kərimə edilən əhanəti pisləyib.

Story Code : 140148
BMT - Əfqanıstan - Quran
BMT - Əfqanıstan - Quran
BMT-nin Əfqanıstan məsələləri üzrə təmsilçisi Kubis bir bəyanatda Amerika və NATO qüvvələrindən bir neçə nəfərinin müsəlmanların müqəddəslərinə əhanət etmələrindən narahat olduğunu ifadə edərək, bu təəssüfləndirici və təhqiramiz əməldə əli olan amillərlə ciddi və kəskin rəftar edilməsinin zəruriliyini vurğulayıb.

Kubis həmçinin qeyd edib: BMT müsəlmanlar, İslam dini, habelə Əfqanıstan xalqının mədəniyyət və inanc etiqadlarına hörmətlə yanaşır. Ona görə də bu beynəlxalq təşkilat törədilən bu hərəkətdən təəssüflənir.

Bazar ertəsi gecə (20 fevral) Əfqanıstanda Amerika və NATO hərbçilərindən ibarət bir qrup Quran Kərimi yandırıblar.

Əfqanıstan xalqın müxtəlif şəhərlərindəki əhali o cümlədən Kabil əhalisi bu təhqiramiz hərəkət, etiraz olaraq geniş aksiyalar keçirib və belə bir hərəkəti kəskin pisləyiblər. /azeri.irib.ir/
Comment