0
Thursday 23 February 2012 - 23:09

Pan Gi Mun 5+1-i İrana qarşı sərt mövqedə ittiham etdi

Story Code : 140318
Pan Gi Mun
Pan Gi Mun
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, BMT sözçülərindən biri bildirib ki, Pan Gi Mun təkidlə vurğulayıb: "Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan bəzi dövlətlər İranın nüvə enerjisi ilə bağlı faydasız təzyiqlərə son qoymalıdır. Pan Gi Mun bu ölkələri İranla danışıqların yenidən başlanılmasına kömək etməyə çağırıb.

BMT-nin baş katibi 5+1 (İngiltərə, Çin, Fransa, Amerika, Rusiya və Almaniya) və İran arasında danışıqların yenidən bərpa olunacağına da yüksək ümid bəslədiyini bildirib.

Xatırladaq ki, İslam Respublikası ilə 5+1 arasında bundan öncə də 2010-cu ilin dekabr və 2011-ci ilin yanvar aylarında bir sıra danışıqlar baş tutub.

İran öz haqqlarına göz yummayacağını xatırladaraq, 5+1 ölkələri ilə danışıqlara hazır olduğunu bildirib.
Comment