QR CodeQR Code

Pan Gi Mun 5+1-i İrana qarşı sərt mövqedə ittiham etdi

23 Feb 2012 23:09

IslamTimes - Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan bəzi dövlətlər İranın nüvə enerjisi ilə bağlı faydasız təzyiqlərə son qoymalıdır


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, BMT sözçülərindən biri bildirib ki, Pan Gi Mun təkidlə vurğulayıb: "Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan bəzi dövlətlər İranın nüvə enerjisi ilə bağlı faydasız təzyiqlərə son qoymalıdır. Pan Gi Mun bu ölkələri İranla danışıqların yenidən başlanılmasına kömək etməyə çağırıb.

BMT-nin baş katibi 5+1 (İngiltərə, Çin, Fransa, Amerika, Rusiya və Almaniya) və İran arasında danışıqların yenidən bərpa olunacağına da yüksək ümid bəslədiyini bildirib.

Xatırladaq ki, İslam Respublikası ilə 5+1 arasında bundan öncə də 2010-cu ilin dekabr və 2011-ci ilin yanvar aylarında bir sıra danışıqlar baş tutub.

İran öz haqqlarına göz yummayacağını xatırladaraq, 5+1 ölkələri ilə danışıqlara hazır olduğunu bildirib.


Story Code: 140318

News Link :
https://www.islamtimes.org/az/news/140318/pan-gi-mun-5-1-i-irana-qarşı-sərt-mövqedə-ittiham-etdi

Islam Times
  https://www.islamtimes.org