0
Saturday 25 February 2012 - 08:36

Nə oldu bu Amerikaya birdən?

Story Code : 140558
Amerika - Iran
Amerika - Iran
Los Angeles Times qəzeti Amerika kəşfiyat idarəsinin yaydığı yeni bəyanata istinadən yazır ki, İran hələ ki, nüvə silahı istehsal etmir. 16 nəfər ABŞ kəşfiyatçısının İran ətrafı apardığı işdən sonra dəqiq qərar alınıb ki, bəli İranlı alimlər Nüvə silahı haqda bəzi nailiyətlər əldə ediblər amma hələ ki, İranlılar nüvə silahını istehsal etməyiblər.

Anoloji hal 2007-si ildə də olmuşdur. O zamandda da ABŞ kəşfiyatçıları belə bir bəyanat vermişdilər ki, İran artıq 2003-cü ildə nüvə silahı istehsal etməni dayandırıb. Bu bəyanatdan sonra İsrail naziri Olmert hətta MAQATE-ni sıxmağa başlayarq onları İran haqda həqiqətləri deməsini istəmişdir. Amma həqiqət bundan ibarət idi ki, İran nüvə silahı istehsal etmir. İndi ki, durumda belə oldu. ABŞ kəşfiyatını bəyanatı İsrailə ağır bir zərbə oldu. Bəyanatda deyilir ki, İran Uranın zənginləşdirilməsini aşağı həddə davam etdirir. Amma nüvə silahı haqda hələ ki, söz gedə bilməz. Çünki bunu sübut edəcək bir dəlil tapılmadı. /AzadXeber/
Comment