0
Sunday 26 February 2012 - 10:55

İran neftin qiymətini 300 dollara çıxara bilər

Story Code : 140894
İran - neft - dollara
İran - neft - dollara
Stiv Forbes: «Dünya bazarında neftin qiyməti 300 dollar/barelə qədər yüksələ bilər»

Dünya bazarlarında 1 barel neftin qiyməti 300 ABŞ dolları səviyyəsinə qədər yüksələ bilər. «Fars» xəbər agentliyinin verdiyi məlumata görə, bunu amerikalı mütəxəssis Stiv Forbes bildirib.

Onun sözlərinə görə, İran Hörmüz boğazını bağlamasa belə, bölgədə baş verə biləcək istənilən qarşıdurma neft tankerlərinin sığorta ödənişini yüksəldəcək. Mütəxəssislər bu vəziyyətdə neftin qiymətinin 300 dollara qədər artacağını ehtimal edirlər: «Ağ Ev rəhbərliyi bunun ABŞ iqtisadiyyatına necə təsir göstərəcəyini yaxşı bilir».

S.Forbes həmçinin bildirib ki, İran İraq və ya Suriya deyil: «Hərbi müdaxilə İranın nüvə proqramını dayandırmayacaq, yalnız müəyyən müddətədək təxirə sala bilər».
Comment