0
Sunday 26 February 2012 - 22:01
Səlib Yürüşlərinə Kəskin Etirazlar Bilindi

Qum Tələbələri Xocalı Soyqırımı ilə bağlı konfrans keçirtdi

Story Code : 141060
Qum Tələbələri Xocalı Soyqırımı ilə bağlı konfrans keçirtdi
Qum Tələbələri Xocalı Soyqırımı ilə bağlı konfrans keçirtdi
Bu gün 26 fevral dünya müsəlmanlarının ağrılı günlərindən biridir. Xocalı Soyqırımı Xaçpərəstlərin İslam Dünyasına qarşı yönəlmiş növbəti yürüşünün acı nəticəsidir. Bu ağrılı günü hər bir müsəlman kimi ölkəmizin müqəddaratını həll etməkdə çalışan Ruhanilərimiz də Müqəddəs Qum şəhərində möhtəşəm sürətdə yad etdilər. Belə ki, Müqəddəs Qumda Cameətul Mustəfa (səlləllahu əleyhi və alih) əl-Aləmiyyə adına dini akademiyanın Azərbaycanlı tələbələri tərəfindən İmam Xomeyni (Allahın Rəhmət olsun) universitetin “Şəhid Sədr” adına akz zalında “Xocalı Soyqırımı” adlı konfrans keçirildi.

Müxbirimizin verdiyi məlumata görə, konfrans saat 15:00 Qurani Kərimin “Ali İmran” sürəsinin 169-cu ayəsinin tilavəti ilə başlandı. İlk öncə tribunaya Gürcüstan azərbaycanlılarından dəvət alan tələbə Azərbaycanın tarixi, coğrafoiyası, ictimaiyyəti və millətinin əksəriyyətinin hansı dinə və məzhəbə qulluq etməsi bardə eləcə də Xocalı Soyqırımının tarixcəsi haqqda qısa izahat verdi.

Daha sonra məclisin aparıcısı milətimizin belə bir acınacağlı vəziyyətdə yaşadığına işarə edərək, ölkə rəsmilərinin bu durmda tele-radiolarda Qarabağdan daha çox müxtəlif eyş-işrət məclislərinə geniş yer verməsini xüsusi ilə bədnam “Evrovision” 2012-nin həyata keçirilməsini heç bir məntiqə sıxmadığını bildirdi.

- Konfransda ikinci çıxış Göranboy sakini Ruhani Nadir Əliyevə verildi. Ruhani Xacalı Soyqırım faciəsinin canlı şahidləri olan zabit və əskərlərin dediyindən (ki, əliyevlər rejiminin kütləvi informasiya vastələrində belə bu haqda danışılmayıb) sitatlar gətirərək, torpaqlarımızı məhz çirkli pula satılmasına işarə etdi.

Ruhani Nadir Əliyev bildirdi ki, bu faciənin kökü 1988-ci ildə deyil, məhz 1905 və ondan da qat-qat qabaqkı illərə qayıdır.

Daha sonra o bildirdi ki, ermənilərin törətdikləri vəhşiliklər təkcə Xocalıda deyil, Qarabağda eləcədə Qarabağ ətrafyanı rayonlarda da belə vəhşiliklər törədilmişdir.

Ruhani sözünün davamında Azərbaycanın qeyrətli balalrının döyüşlərindən nümunələr gətirərək bildirdi ki, döyüşçülərimiz Bakıdan alan mənfur atəşkəs əmrinə tabe olamayaraq təcavüzkar
düşmən ordusuna ağır zərbələr endirmişlər. Və ermənilər Azərbaycanın verdiyi itki müqabilində qat-qat çox itki vermişdir.

Sonda Ruhani Nadir Əliyev qeyd etdi ki, erməni vandallarının Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən 20 illər boyu danışmağımız kimdəsə belə təsəvvür yaratmasın ki, Biz acizik və “Deməli Ermənilər Yenilməzdir!”. Belə bir siyasətin aparılması yalnız və yalnız ermənilərə xidmət etməkdir.

- Sonra çıxış üçün söz Tərtər rayon sakini Ruhani Elsəvər Əliyev verildi. Ruhani Elsəvər Əliyev də ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışaraq, dünya xristian ölkələrinin ermənistana maddi və mənəvi yardımlar etməsinə işarə edərək bütün bunları pislədi.

Ruhani çıxışının davamında bildirdi ki, ölkəmizin ağır bir şərait dövründə yaşadığı halda, 20% torpaqlarımızın erməni işğalı altında olduğu bir durumda hökümət hansı məntiqlə ölkənin pak insanlrını, Quran müəllimlərini, qeyrətli dindarlarını üzərilərində narkotik maddələrin saxlaması və.s. ilə şərləyərək zindanlara məhkum edir!? Bu absurtdan başqa bir şey deyil- deyə Ruhani dua ilə çıxışına xitam verdi.

Daha sonra məclisdə Qarabağ Faciəsinə aid iki şeir oxundu. Və Xocalı Soyqırımı haqqda hazırlanmış sənədli filim bir neçə dəqiqə nümayiş etdirildi.

- Sonda çıxış Qarabağ Veteranı Höccətül İslam Ruhani Faiq Vəliyevə verildi. O, çıxışında bildirdi: Mən çıxışımı Xocalı hadisələrinin tarixi baxımından deyil, bəlkə də Qarbağımızın indiyə kimin geri ala bilməmədiyimiz amillərdən danışmaq istərdim.

Höccətül İslam Faiq Vəliyev bildirdi ki, Qarabağın geri ala bilinməməsinin səbəbi indiki hakimiyyətdir. O, İslamçıların Lideri Doktor Mövsüm Səmədovun tarixi çıxışına diqqət yetirərək bildirdi ki, biz Mövsüm Səmədovun dediklərinin hammısının bir bə bir zəncirvari həyata keçməsinin şahidiyik.

Faiq Vəliyev çıxışının davamında dedi: Biz Müharibə şəraitində yaşayırıq! Torpaqlarımızın 20%-i işğal olunub! Heç bir zaman görsənməyib ki, qanla alınan torpaq sülh yolu ilə geri qaytarılsın!

Höccətül İslam Faiq Vəlizadə sözünün davamında bildirdidi: əliyevlə rejimi Qarabağı hakimiyyətdə əbədi qalmaqlarından
ötrü düşmənlərə peşkeş verdi. Torpaqlar satıldı və 1994-cü ildə ermənilərlə “Atəşkəs” müqaviləsi bağlandı. Bir üç il hakimiyyət xalqı aldadaraq ordu üçün silah-sürsat almağını elan etdi. Növbət üç-dörd ilinidə Azərbaycanın zəngin yeraltı və yer üstü yataqlara malik olduğunu deyərək, “Qoy Avropalılar ölkəmizə gəlib bu yataqları istixrac etsinlər ondan sonra Qarabağı savaşsız alıb bizə təhvil verərlər” dedi.

Höccətül İslam Faiq Vəliyev çıxışının davamında ermənilərin Xocalıdada törətdikləri vəhşiliklərin qısaca işarə edərək dedi: Mənfur erməni şairi Zori Balayan Xocalı Hadisəsinə dair yazdığı “Ruhumuzun Dirçəlişi” kitabında səh. 260-da yazır: “Biz Xaçaturla ələ keçirtdiyimiz bir evə daxil olduq. 13 yaşl bir türk qız uşağı pəncərəyə mismarlanmışdır. Uşaq səs-küy salmasın deyə Xaçatur pəncərə kənarında yerə sərilmiş ananın kəsilmiş sinəsini qızcığazın ağzına soxdu. Və sonra onun başının və bədəninin dərisini soymağa başladı. Saata baxdım düz yeddi dəqiqədən sonra qızcığaz canını tapşırdı. Bu hadisəni gördükdə “MƏN QÜRUR HİSSİ DUYDUM!”.

Sonda Ruhani bir neçə təklif irəli sürərək bildirdi: “Tarixən Ruhanilər xalqın ağır günlərində öndə olub və öz sinələrini irəli vermişlər. Bu gündə belədir. Biz Azərbaycan xalqı 12 şəhərimizi Qarabağ müharibəsində itirmişik. May ayı bizim ən ağır aylarımızdan biridir. Bu ayda biz iki rayonumuzu əldən vermişik. Mayın 8-i Şuşa əldən gedib. Mayın 17-i isə Laçınımız əldən çıxıb. İndi baxın ey millət! Bu il may ayında iki rayonumuzun ermənilərə verilməsinin 20 illiyini bayram olaraq təntənəli sürətdə əliyevlər “Evrovsion” 2012-ni keçirtməklə homoseksualları Bakıya gətizdirəcəkdir!!!

Ümuiyyətlə mənim hadisələrlə bağlı üç təklifim var.

1- Ruhaniərdən İbarət “Torpaqlarımızın Müqəddəs Müdafiə Komitəsi”n yaratmaq

2- “Azərbaycan Ruhanilərinin Hüquqlarının Müdafiə Komitəsi”n yaratmaq

3- Bütün vətənpərvərlərin Qarabağı azad etməkdən ötrü silahlanmasın təklif edirəm.

Sonda Məclis Qarabağ və xocalı Soyqırımında şəhid olanların ruhlarına Fatihə oxunmaqla başa çatdı.
Source : abna
Comment