QR CodeQR Code

Haqq Yolu bəyanat yaydı

27 Feb 2012 06:53

IslamTimes - Haqq Yolu Elm və Mədəniyyət İnstitutu bəşər tarixinin ən böyük faciələrindən olan Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə fədakar Azərbaycan xalqına başsağlığı verir, Böyük İntiqam Günü üçün vətən övladlarına Allahdan yardım diləyir.


Azərbaycanın Mübariz İbrahimovu və onun simasında bu gün sinəsini düşmən gülləsinə sipər etmiş minlərlə oğlu var. Şəhadətə hazır olan döyüş meydanının qazisidir. Necə ki İmam Hüseyn (ə) cismən qətlə yetirildi, amma tarixin səhiflərinə qızıl hərflərlə “Zilləti qəbul etmərəm!” sözlərini yazdı.
Bugünkü məğlubiyyət, Azərbaycan torpaqlarının işğal altında qalması bu xalqın şənində deyil. Bu xalq qəhrəmanlığa, qaziliyə layiqdir və tez-gec layiq olduğu məqama yüksələcək. Allah Böyükdür, ona sığınan insanlar azğın nəfs və təcavüzkar düşmən üzərində qalibdir. Qələbə gününün intizarında!


Story Code: 141151

News Link :
https://www.islamtimes.org/az/news/141151/haqq-yolu-bəyanat-yaydı

Islam Times
  https://www.islamtimes.org