0
Tuesday 28 February 2012 - 17:24

İranlı nincalar qatil deyil!

Story Code : 141560
İranlı nincalar qatil deyil!
İranlı nincalar qatil deyil!
"IslamTimes" "PressTV" telekanalı ötən həftə İranda Nin Jutsu idman növü ilə məşğul olan qadınlar haqqında reportaj hazırlayıb. Uyğun reportaj dünyanın bir çox xəbər agentliklərində müxtəlif reaksiyalarla qarşılanıb.

Reuters xəbər agentliyi uyğun görüntülərlə bağlı hazırladğı xəbərdə reportajı təhrif edərək, oxucularına tam fərqli bir məlumat yayımlayıb.

Reuters hazırladığı hesabatda iddia edib ki, Nin Jutsu ilə məşğul olan iranlı xanımlar İslam Respublikasına xidmət edən gizli qatillərdir.


İranda Nin Jutsu idman növünün banilərindən olan Əkbər Fərəci Reutersin yalan hesabatını məhkum edərək deyib: "Biz idmanı sevən və ondan ləzzət alan insanlarıq və bizi olmadığımız kimi tanıtdıran insanlardan narazı olduğumuzu bildiririk."

Nin Jutsu idman növü ilə məşğul olan iranlı xanım Xatirə Cəlilzadə Reutersə verdiyi müsahibə ilə bağlı deyib: "Reutersin müxbiri mənə İsrail və ya ABŞ-ın İrana hücum edəcəyi təqdirdə ölkəmi müdafiə edib-etməyəcəyimlə bağlı sual ünvanladı. Mənə elə gəlir bu çox aydın məsələdir ki, təkcə hər bir iranlı deyil, bütün insanlar ölkələrini hər an müdafiə etməyə hazırdırlar."
Comment


Related files