0
Sunday 1 November 2009 - 23:09

TÜRKİYƏ ABŞ-DAN HƏRBİ HELİKOPTER ALIR

Story Code : 14162
TÜRKİYƏ ABŞ-DAN HƏRBİ HELİKOPTER ALIR

ABŞ-ın Müdafiə Naziri Robert Geyts NATO iclasında Türkiyənin Müdafiə Naziri Vəcdi Könülə Vaşinqtonun helikopterlərin Türkiyəyə satışı barədə razılığını xatırlatmışdır. 

Vəcdi Gönül jurnalistlərlə görüşü zamanı “Türkiyə ordusunun ehtiyacı olan hərbi helikopterlər uzağı bir il yarım sonra Türkiyəyə təhvil veriləcək” demişdir. Lakin helikopterlərin sayı barədə rəsmi məlumat yoxdur. 

Türkiyə öz müdafiə sənayesinin inkişafı istiqamətində ancaq helikopter istehsalının texnologiyasını köçürmək şərti ilə istehsalçı ölkələrdən helikopter alacaq. 
Əlavə olaraq Türkiyənin həmin istiqamətdə bir İtaliya şirkətilə müştərək planı var ki, İtaliya ilə müştərək istehsal olunmuş helikopterlər 2015 ilədək Türkiyə ordusuna təhvil verilməsi nəzərdə tutulur. 

Xatırladaq ki, Türkiyə öz ordusunun ehtiyaclarını təmin etmək məqsədilə ABŞ-dan 30 hərbi helikopter almaq istəyirdi. Lakin Vaşinqton texnologiyanın Türkiyəyə köçürülməsilə müxalif olduğundan rəsmi Ankara Rusiya ilə müzakirələrə başlamışdı. 

Xəbər verildiyi kimi 7 noyabrda Ərdoğan ABŞ prezidenti Barak Obamanın dəvəti ilə ABŞ-a rəsmi səfərə hazırlaşır. Səfər ərəfəsində isə Amerika tərəfindən razılığın belə elan edilməsi diqqəti özünə cəlb edir.

IslamTimes
Redaksiya ilə əlaqə ünvanı: info@az.Islam times.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir. 

Comment