QR CodeQR Code

Nəhayət 5 ildən sonra

MÜSƏLMAN QƏBRİSTANLIĞI DÜZƏLMƏSİNƏ İCAZƏ VERİLDİ

bu qəbristanlıq “Hamburg” ətrafında düzəldiləcək 4-cü müsəlman qəbristanlıq olacaqdır

31 Oct 2009 21:25

Almaniyanın “Norderstedt” şəhər bələdiyyəsi bu şəhərdə müsəlman qəbristanlığı düzəldilməsinə icazə verdi.


Dörd min (4000) cənazə tutum həddi və ərazisi beş min kv-metr olan bu müsəlman qəbristanlığı “Norderstedt” şəhər qəbristanlıqlarının birinin içində salınacaqdır. 

Şşəhər bələdiyyə rəisi bu qəbristanlığın açılmasına işarə edərək demişdir: “müsəlmanların bu barədə istəklərini yerinə yetirə bildiyimiz üçün çox şadam və bundan sonar müsəlmanlar öz dini əqidələrinə uyğun ölülərini basdıra bilərlər” 

Bələdiyyə rəisi sonda əlavə edərək demişdir: müxtəlif məzhəbli şəxslərin bir yerdə xoş yaşamaları üçün bir-birlərinin dini əqidələrinə ehtiram etmələri lazımdır. Gərək Almaniyanın müsəlman və qeyri-müsəlman vətəndaşları problemsiz bir-birlərinin kənarında yaşasınlar.

IslamTimes
Redaksiya ilə əlaqə ünvanı: info@az.islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 14165

News Link :
https://www.islamtimes.org/az/news/14165/müsəlman-qəbristanliği-düzəlməsinə-icazə-verildi

Islam Times
  https://www.islamtimes.org