0
Saturday 31 October 2009 - 23:47

QAZAXSTANIN PREZİDENTİ ƏMİRLİKDƏ

Story Code : 14175
QAZAXSTANIN PREZİDENTİ ƏMİRLİKDƏ
Oktyabr ayının son günü başlayıb 3 gün davam edəcək səfərdən məqsəd iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsi sahəsində müzakirələr aparmaqdır.
 
Qazaxstanın XİN-dən verilən məlumata görə Nazarbayev və Şeyx əl-Nihyan arasında iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi sahəsində bir neçə sənəd də imzalanacaqdır.
 
Qeyd edək ki, Qazaxstanla BƏƏ arasında 1992-ci ildən iki tərəfli əlaqələrin əsası qoyumuşdur. Bu Qazaxstan prezidentinin BƏƏ-yə 6-cı səfəridir və bu müddət ərzində şeyx Zayid əl-Nihyan da 4 dəfə Qazaxstanda rəsmi səfərdə olmuşdur.
 
Xatırladaq ki, indiyə qədər Qazaxstan və BƏƏ arasında 10 sənəd imzalanmışdır. Bununla yanaşı BƏƏ-nin bir neçə tikinti və enerji şirkətləri Qazaxstanda fəaliyyət göstərirlər. 

IslamTimes
Redaksiya ilə əlaqə ünvanı: info@az.Islam times.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.
Comment