QR CodeQR Code

Ermənistan Gürcüstanla birgə hərbi manevr keçirəcək

29 Feb 2012 14:14

IslamTimes - Bu manevr ABŞ-ın dəstək və nəzarəti ilə baş tutacaq


İyun ayında Ermənistan və Gürcüstan birgə hərbi manevr keçirməyi qərara alıb. Bu haqda məlumatı Gürcüstan mediası yayıb. Keçirilən manevrin detalları barədə açıqlama verilməsə də, onun ABŞ-ın nəzarət və dəstəyi ilə keçiriləcəyi bildirilir. Ermənistan Müdafiə Nazirliyi nəzərdə tutulan manevrin İrəvanın Gürcüstan və ABŞ-la əlaqələrinin daha da dərinləşməsinə və bu ölkənin hərbi gücünün artmasına gətirib çıxaracağını vurğulayıb.
Azərbaycanın müttəfiqi kimi tanınan ABŞ-ın və yaxın qonşuluq münasıbətində olduğu Gürcüstanın bizə qatı düşmən olan Ermənistanla belə yüksək səviyyəli əlaqəsi yəqin ki, rəsmi Bakını narahat etməyə bilməz. /FaktXeber/


Story Code: 141785

News Link :
https://www.islamtimes.org/az/news/141785/ermənistan-gürcüstanla-birgə-hərbi-manevr-keçirəcək

Islam Times
  https://www.islamtimes.org