0
Wednesday 29 February 2012 - 23:00

Obamanın taleyini İran təyin edir

Story Code : 141892
Obamanın taleyini İran təyin edir
Obamanın taleyini İran təyin edir
“IslamTimes” Avropa və Amerikada misli görünməmiş böhranın yaratdığı nigarançılıqdan yazır. Ekspert Fərid Zəkəriyya neftin qiymətinin yüksəlməsini təhlükəli amil kimi dəyərləndirib. O bu sahədə İranın böyük təsirə malik olduğunu vurğulayıb. Fərid Zəkəriyyanın nəzərincə neftin bahalaşması Obamanın seçki kompaniyasını süquta uğrada bilər.

CNN telekanalı xəbər verir ki, şəbəkənin eksperti Fərid Zəkəriyya Amerikada müxtəlif iqtisadi faktorların təhlükəli vəziyyətdə olduğunu bildirib. Səhm bazarı işsizlik məskən problemi Obamanın taleyini hədələyir. İqtisadi dirçəlişlə prezidentin
reytinqi arasında sıx əlaqə var. Obamanın növbəti seçkilərdə iştirakı iqtisadi vəziyyətlə bağlıdır. Fərid Zəkəriyya bildirib ki, hazırda ABŞ-da işsizlik seçkilərdə aparıcı amil sayılır. Amma ekspert hansısa iqtisadi dirçəlişdən müəmmalı proqnozlar verir və 6 ay öncəki böhranın tədricən aradan qalxdığını iddia edir.

Əsas nigarançılıq iqtisadi tənəzzül və neftin bahalaşmasıdır. Neft son aylarda daim bahalaşıb və hazırda hər barel 150 dollar civarındadır. Neftin bahalaşmasının əsas səbəbi aydın deyil. 2007-ci ilin əvvəllərində neftin bareli 50 dollar idi. Hazırda ABŞ, Hindistan, Çin, Avropada
neft ehtiyacı azalıb. Bununla belə neft bahalaşır. Belə görünür ki, neftin bahalaşmasının əsas səbəblərindən biri Yaxın Şərqdə siyasi stabillik amilidir. Neftin bahalaşmasında İran amili öndə gedir. Maraqlıdır ki, Obamanın xarici siyasəti ABŞ-ın xeyrinə deyil. Yaxın Şərqdə İran, ABŞ və İsrailin siyasətləri Amerikadakı seçkilərin taleyini həll edir.

Böyük 20-lik İrana qarşı sanksiyalardan narahatdır. Reuters xəbər verir ki, 20-liyin nüfuzlu üzvlərindən biri bazar günü bir müzakirə gedişində İrana qarşı sanksiyaları dünya iqtisadiyyatına zərbə kimi dəyərləndirib. Adının çəkilməsini
istəməyən bu şəxs qeyd olunan müzakirələri faydalı sayıb və neftin qiymətində müsbətə doğru dəyişikliklərin gözlənildiyini bildirib.

Bu şəxs əlavə edib ki, Böyük 20-lik malik olduğu neft ehtiyatlarının istifadəsini müzakirə etməyib. Müzakirənin əsas mövzusu Avropanın borclarının azaldılması olub.

İran xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə mövzu ilə bağlı bildirib: “İranın Avropanın qərarları müqabilində müstəqil qərarları var. Neftimizin müştərisi çoxdur. Avropa istəmirsə özü zərər görəcək. Neft strateji məhsuldur və ona böyük ehtiyac var.”

Avropa
ölkələri səfirlərinin İran xarici işlər nazirliyinə çağırılması ilə bağlı Axundzadə belə deyib: “Biz onların nəzərinə çatdırdıq ki, İran neftinə sanksiya qoymaqla öz xalqlarına problem yaratdılar. Biz xalqların çətinlik çəkməsini istəmirik. Sizinlə uzunmüddətli müqavilə yaza bilərik. İndi top sizin meydançadadır. Onlar İrana qarşı sanksiyalarla bağlı öz xalqlarına izahat verməlidirlər.”

Axundzadə deyib: “İran həmişəki kimi öz siyasətini davam etdirir. Uzunmüddətli sanksiyalar bizə təsirsizdir. Çünki imkanlarımız genişdir, cəmiyyətimiz aktivdir.”
Comment