QR CodeQR Code

Klinton: «ABŞ hələ də Suriya müxalifətinin mahiyyətini anlamır»

2 Mar 2012 08:59

IslamTimes - ABŞ dövlət katibi Hillari Klinton etiraf edib ki, Birləşmiş Ştatlar hələlik Suriya müxalifətinin mahiyyətini anlaya bilmirlər.


ABŞ Konqresinin alt komitələrinin birində dinləmələrdə çıxış edən Klinton Liviyadakı ötənilki vəziyyətlə Suriyadakı hazırkı vəziyyəti və iki ölkənin müxalifətini müqayisə edib.

Suriyada referendumdan sonra xalq dövlətə bağlı olduğunu bir daha nümayiş etdirdi. Bu fakt isə Suriya ərazisində olan terrorçuların əməliyyat keçirmələrini çətinləşdirib. Bu həqiqətləri görən ABŞ dövləti də artıq Suriyada Əsəd rejiminin devrilməsindən naümid olub.

«Liviyada müxalifət müəyyən ərazini nəzarəti altında saxlayırdı. Onun xarici aləmlə diplomatik əlaqə yaradan nümayəndələri və döyüşçüləri var idi. Biz onlarla görüşə, onları nəzərdən keçirə və onlara suallar verə bilirdik. Lakin əgər «Əl-Qaidə» nümayəndəsi Ayman əz-Zəvahiri Suriya müxalifətini dəstəkləyirsə və biz də Suriya müxalifətini silahlandırmaq istəyiriksə, kimi silahlandırdığımız barədə düşünməliyik. Həmçinin atıcı silahların artilleriya və tanklara qarşı neyləyə biləcəyini də fikirləşməliyik», deyə Klinton bəyan edib.


Story Code: 142224

News Link :
https://www.islamtimes.org/az/news/142224/klinton-abş-hələ-də-suriya-müxalifətinin-mahiyyətini-anlamır

Islam Times
  https://www.islamtimes.org