QR CodeQR Code

Bəhreyndə daha bir etirazçı qətlə yetirildi

2 Mar 2012 17:03

IslamTimes - Manama rejiminə qarşı etiraz edən bəhreynli etirazçılardan daha bir nəfər zəhərli qaz vasitəsi ilə qətlə yetirilib.


60 yaşlı Həbib əl-Mulla paytaxt Manamanın cənub qərbindəki Sihlə rayonunda yerləşən evinə Səudiyyə ordusunun dəstək verdiyi qüvvələrin atdığı gözyaşardıcı qazdan bir neçə gün sonra asfiksiya diaqnozundan vəfat edib.

Ümumiyyətlə, son zamanlar Bəhreyn ordusu rejim əleyhinə etirazlar keçirən vətəndaşlara qarşı geniş surətdə gözyaşardıcı qazlardan və səsli qranatlardan istifadə edərək, hətta uşaqları da qətlə yetirib. Bu növ silahlardan hətta evlərə də atəş açılır. /Deyerler/


Story Code: 142321

News Link :
https://www.islamtimes.org/az/news/142321/bəhreyndə-daha-bir-etirazçı-qətlə-yetirildi

Islam Times
  https://www.islamtimes.org