QR CodeQR Code

ƏL-ƏQSA MƏSCİDİNDƏ TERROR QORXUSU

Fələstinlilər bunun öncədən cızılmış bir plan olduğunu qeyd edirlər.

2 Nov 2009 00:57

Noyabrın birinci günü səhər saatlarında Əl- Əqsa məscidinə daxil olmaq istədikdə fələstinli gənclər tərəfindən silahlı bir sionistin qarşısı alınmışdır.


Sionist hərbiçilərinin müdaxiləsi nəticəsində terrorçu sionist müsəlmanlardan geri alınmışdır.

Sionist rejimi silahlı şəxsin ruhi xəstəlikdən əziyyət çəkdiyini iddia etmişdir.
Lakin fələstinli şəxsiyyətlər, xüsusilə Fəth və Həmas rəhbərləri bunun öncədən cızılmış bir plan olduğunu qeyd etmiş və Əl-Xəlil şəhərində həzrət İbrahim hərəmində namaz qılanlara qarşı keçirilən terror aktını xatırladan senariyoya bənzətmişlər.

Xatırladaq ki, həzrət İbrahim hərəmində Barux Goldştayn adlı sionist namaz qılanlara atəş açaraq onlarla fələstinlini qətlə yetirmiş və yaralamışdı.
Bu hadisədən sonra İsrail höküməti bu məscidi müsəlmanlara və yəhudilərə məxsus hissələrə bölmüşdür ki, bu öz növbəsində tamamilə məscidin İsrail tərəfindən işğal edilməsinə gətirib çıxardı.
Buna əsasən fələstinlilər, sionistlər üçün uğurlu həmin senariyonun yenidən cızıldığını düşünürlər. 

IslamTimes
Redaksiya ilə əlaqə ünvanı: info@az.islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 14243

News Link :
https://www.islamtimes.org/az/news/14243/əl-əqsa-məscidində-terror-qorxusu

Islam Times
  https://www.islamtimes.org