QR CodeQR Code

ABŞ-da qasırğa bütöv şəhəri məhv edib

3 Mar 2012 09:57

IslamTimes - ABŞ-ın cənub ştatlarının məruz qaldığı qasırğa İndiana ştatında Merisvill şəhərini praktiki olaraq məhv edib.


Bu barədə yerli rəsmilər məlumat veriblər. Qasırğa şəhərdə 3 nəfərin həyatına son qoyub.

Ştatın Çelsi şəhərində bir neçə ev dağılıb.

İndianadan əlavə təbii fəlakət Tennessi, Kentukki, Alabama və Ohayo ştatlarına da ziyan vurub.

Minlərlə ev elektriksiz qalıb. Alabama ştatında təbii fəlakət həbsxana binasını ciddi zədələyib.


Story Code: 142441

News Link :
https://www.islamtimes.org/az/news/142441/abş-da-qasırğa-bütöv-şəhəri-məhv-edib

Islam Times
  https://www.islamtimes.org