QR CodeQR Code

Obamanı “cəhənnəmə” göndərdilər

3 Mar 2012 19:32

IslamTimes - ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində Vaşinqtondakı metrolardan birində “Barak, cəhənnəmə get” yazılmış afişa paytaxt sakinlərini şoka salıb.


Prezident Barak Obamanın səhiyyə siyasətini tənqid edən reklam afişasında “Bu hökümət həkimimiz olacaqsa, daha da xəstələnəcəyik” sözləri yazılıb. ABŞ Konqresinin Demokratlar partiyasından olan təmsilçisi Cim Moran reklam afişasının “əndazəni aşdığını” deyib.

Cim Moran Vaşinqtonun metro rəisi Riçard Sarlesə məktubla müraciət edərək, reklam afişasını pisləyib: “Bu reklam açıq şəkildə ABŞ prezidentinə qarşı böyük təhqirdir və Vaşinqtonun Metropoliteninə yaraşmır”.

Ancaq metropoliten rəhbərliyi ifadə azadlığına zidd olduğu üçün reklam afişasını yığışdıra bilməyəcəklərini, bunun konstitusiyaya zidd addım olduğunu bildiriblər. Metropoliten rəhbərliyi bu barədə yazılı açıqlama yayıb və bildirib ki, bu barədə qərarı ancaq məhkəmə verə bilər. “Biz reklamların siyasi mətninə görə məsuliyyət daşımırıq”, – açıqlamada bildirilib.


Story Code: 142619

News Link :
https://www.islamtimes.org/az/news/142619/obamanı-cəhənnəmə-göndərdilər

Islam Times
  https://www.islamtimes.org