QR CodeQR Code

Quba cəzalandırılır!

4 Mar 2012 09:18

IslamTimes - Qubada vəziyyət əvvəlkitək gərgin olaraq qalır.


Yerli mənbələrin Turan-a verdikləri məlumata görə, ötən sutkalarda 16 nəfər, o cümlədən iğtişaşlarda iştirak ittihamı üzrə bir sahibkar saxlanılıb. Mənbənin məlumatına görə, saxlanılan şəxslərin azadlığa buraxılması tələbi ilə şəhərin mərkəzi meydanında aksiya hazırlanır. Rayon administrasiyasının binası gücləndirilmiş polis və DİN çevik alayının nəzarətinə götürülüb. Lakin şəhərdə Daxili Qoşunların bölmələri görünmür. Saxlanılanlar barədə məlumat hələ ki rəsmi təsdiqlənməyib. Rayon prokurorunun köməkçisi Samir İsmayılov Turan-ın müxbiri ilə söhbətində saxlanılanlar və həbslər barədə məlumatı təkzib edib. Eyni zamanda 1 mart hadisələri ilə bağlı saxlanılanların və həbs edilənlərin olmasına dair sualın cavabında S.İsmayılov deyib ki, bu barədə məlumatı yoxdur, çünki istintaqı Baş Prokurorluq yanında Ağır Cinayətlər üzrə İstintaq İdarəsi aparır.
Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb. /HaqqYolu/


Story Code: 142725

News Link :
https://www.islamtimes.org/az/news/142725/quba-cəzalandırılır

Islam Times
  https://www.islamtimes.org