0
Sunday 4 March 2012 - 09:29

Sürüşmə - bu yalnız bir bəladır!

Story Code : 142735
Sürüşmə - Baku
Sürüşmə - Baku
Azərbaycan bəşər tarixində misilsiz bir yeniliyə imza atdı: dindarı narkotika ilə şərləmək! Yəni Allah varsa, bəlasını göndərsin! Bəladır ya təsadüf? Bunu demək çətindir. Hər halda, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Bakı meri Hacıbala Abutalıbov, Xətai icra başçısı və digər yüksək rütbəli məmurlar hazırda Əhmədlidəki sürüşmə zonasındadırlar.
Sürüşmə zonasında olan iki binanın - Gəncə prospekti 63 və 65 - sakinlərini tam evakuasiya ediblər. Amma sakinlərin hara köçürüləcəyi hələlik bəlli deyil.
Polis və FHN əməkdaşları bu iki binaya girişi tam dayandırıblar. Mütəxəssislər bildiriblər ki, ərazidə hər an dəhşətli qəza ola bilər.
Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, hazırda konkret hansısa plan yoxdur. Sakinlərin harada yerləşdiriləcəyi haqda müzakirələr gedir. Başçı bildirib ki, binaları təhlükəli vəziyyətə düşmüş insanların bir qismi otellərdə, bir qismi isə öz qohumlarının evlərində yerləşdiriləcək.
Baş nazirin müavini Abid Şərifov və millət vəkili İqbal Ağazadə da olay yerinə gəliblər.
Hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev APA-ya açıqlamasında deyib ki, sakinlər təhlükəsizlik məqsədilə bir həftəliyə başqa yerlərə köçürülür. Təhlükə sovuşduqdan sonra onlar öz evlərinə dönəcəklər.
Ş.Niftiyev həmçinin əlavə edib ki, hazırda ərazidə sürüşmə təhlükəsi böyükdür. Müvafiq qurumlar təhlükənin qarşısının alınması üçün işlər aparır. /HaqqYolu/
Comment