0
Sunday 4 March 2012 - 10:23

Son məlumatlar: Qubada saxlanılanlar var?

Story Code : 142757
Quba - Aksiya
Quba - Aksiya
Qubada bu gün sakitlikdir, sadəcə sulu qar yağır, yollarda maşınlar asta-asta hərəkət edir. Bu barədə musavat.com-a yenidən Qubaya ezam olunmuş reportyorumuz Fərahim İlqaroğlu xəbər verib.

O, bu gün Qubanın mərkəzində keçirilməsi nəzərdə tutulan aksiyada iştirak edəcək. Aksiyanın etiraz xarakteri daşımayacağı, sadəcə, İH başçısı Rauf Həbibiovun Quba camaatının tələbiylə vəzifədən götürülməsi münasibəti ilə sevin göstərilərindən ibarət olacağı bildirilir.
Reportyorumuzun verdiyi xəbər görə, rayon mərkəzinin mundirli və mülki geyimli polislər daha çox gözə dəyir. Onlar İcra Hakimiyyətinin qarşısında iki post qurublar və hər iki postda polislər keşik çəkir.

Rayon camaatı ilə söhbətləşən əməkdaşımız xəbər verir ki, Rauf Həbibovun vəzifədən götürülməsini camaat məmnunluqla qarşılayıb, ancaq istəyirlər ki, o, hüquqi məsuliyyətə də cəlb edilsin.

Əməkdaşımızın verdiyi xəbərə görə, martın 1-də baş verən qarışıqlıqda R.Həbibovun şəhərin mərkəzində olan evindən başqa bir neçə evi də ciddi ziyan görüb. Onun tikdirməkdə olduğu 3 mərtəbəli villa söküntüyə, yağmalanmaya məruz qalıb. Bundan başqa, sabiq İH başçısının qayınanası üçün tikdirdiyi ev də yandırılıb. Ən maraqlısı odur ki, Həbibov evlərinin yandırılacağını əvvəlcədən bilirmiş. Ona görə də o, qiymətli əşyalarını öncədən daşıtdıraraq evləri boşaldıbmış.

F.İlqaroğlunun verdiyi xəbərə görə, H.Həbibov İH başçısı olmaqla yanaşı, mövcud qanunların ziddinə olaraq Qubada sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş və onun sərəncamında şadlıq evi, otel və ticarət mərkəzləri varmış. Bu gün həmin müəssislələrin icraçı direktorları İcra Hakimiyyətinə çağırılıb. Güman və xəbərlərə görə, bu biznes obyektləri üzərində "əl dəyişdirmə" proseduru aparılacaq, başqa sözlə, onlar Həbibovun əlindən alınaraq bölüşdürüləcək, yaxud da başqa adamın əmlakına çevriləcək.

Reportyorumuzun mühafizə polisinin əməkdaşlarından aldığı xəbərə görə, martın 1-də baş verən iğtişaşlar zamanı həbs olunan bütün şəxslər azadlığa buraxılıb.
Ancaq Teleqraf.az-ın əməkdaşı başqa bir mənbədən həbs olunanlardan ikisinin adını dəqiqləşdirə bilib. Onlar Zahidov İntiqam Kazım oğlu və Xammədov Samir Valeh oğludur. Hələlik digər iki nəfərin adını dəqiqləşdirmək mümkün olmayıb. Məlumata görə, həmin şəxslər dünən gecə Bakıya gətirilib. /musavat/
Comment