QR CodeQR Code

Salyanda Quba havası

5 Mar 2012 17:37

IslamTimes - Bia: Etibarlı mənbədən saytımıza daxil olan məlumata görə Salyan rayonunda “Pullarımızı qaytar Tahir Kərimov” adlı kompaniyaya start verilmişdir.


Kompaniyada bütün büdcə təşkilatlarında işləyənlər, kommersiya strukturlarında çalışanlar və digər sahələrdə çörək pulu qazananlar iştirak edirlər.
Kompaniyanın əsas məqsədi Tahir Kərimovun Salyan Rayonunda İcra başçısı işlədiyi müddətdə rayonun “abadlıq işlərinə”kömək adı altında əhalidən zorla yığılmış pulların qaytarılmasını təmin etməkdir. Hal hazırda yığılmış pulların məbləğinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.Həmin məbləğin 5 milyon manatdan artıq olduğu təxmin edilir. Məsələ ilə bağlı imza kompaniyasına başlanılmışdır. Kompaniya başa çatandan sonra ölkə başçısına Salyan rayonuna gəldiyi gün müraciət ediləcəyi gözlənilir. Məlumatda tədbir görülməyəcəyi təqdirdə Tahir Kərimovun istefası tələbi ilə kütləvi aksiyalara başlanilacağı bildirilir. /HaqqYolu/


Story Code: 143161

News Link :
https://www.islamtimes.org/az/news/143161/salyanda-quba-havası

Islam Times
  https://www.islamtimes.org