0
Tuesday 6 March 2012 - 10:37

Sarkozinin şansı azalır

Story Code : 143319
Sarkozinin şansı azalır
Sarkozinin şansı azalır
Fransada keçirilən son rəy sorğuları Nikola Sarkozinin şansının getdikcə azaldığını göstərir.

TRT bildirir ki, Sarkoziyə verilən dəstək əvvəlki sorğuyla müqayisədə 3 faiz azalıb.

"LH2" ictimai rəy sorğusu şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, Sarkozini seçicilərin 23 faizi dəstəkləyir. Prezidentin ən güclü rəqibi olan Fransua Ollandı dəstəkləyənlərin faizi isə 30,5-dir. Seçkidə radikal sağçı Marin Le Penin və Demokratiya Hərəkatının lideri Fransua Bayrunun isə 15 faiz səs alması gözlənilir.

Olland və Sarkozi arasında keçiriləcək ikinci turda isə sosialist namizədin 58 faiz səs alaraq prezident seçilməsi, Sarkozinin səslərinin isə 42 faizi keçməyəcəyi proqnozlaşdırılır.
Comment