0
Tuesday 6 March 2012 - 12:28

Sabah Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri görüşəcək

Story Code : 143372
Türkiyə - Azərbaycan - İran
Türkiyə - Azərbaycan - İran
Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, toplantıda üç ölkəni maraqlandıran məsələlər, regional əməkdaşlığın inkişaf etdirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılacaq və ikitərəfli görüşlər keçiriləcək.

Açıqlamada nazirlər arasındakı ilk toplantının keçən ilin aprel ayında keçirildiyi xatırladılıb: "Bu toplantı ikitərəfli və regional məsələlərin bir masa arxasında müzakirə edilərək hər sahədə qarşılıqlı fayda çərçivəsində əməkdaşlığın inkişafına, regional sabitlik və təhlükəsizliyin gücləndirilməsinə xidmət edir".
Comment