QR CodeQR Code

ABŞ İran qarşısında diz çökür

7 Mar 2012 09:39

IslamTimes - ABŞ Yaponiyanı İrandan neft idxalına tətbiq etdiyi birtərəfli sanksiyaları aradan götürüb.


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Yaponiyanın xarici işlər naziri Koitiro Qemba məlumat verib. Onun sözlərinə görə, bununla bağlı rəsmi Tokio və Vaşinqton arasında razılaşma əldə olunub: “Razılaşma bu ayın sonuna qədər dəqiqləşəcək və bununla bağlı lazımi açıqlama veriləcək. Ancaq razılaşmanın məzmunu tam olaraq açıqlanmayacaq. Çünki neft bazarına təsir göstərə bilər”.
Qeyd edək ki, bir müddət öncə Yaponiyanın İrandan neft idxalını 11%-ə qədər azaldacağı bildirilsə də, lakin bu xəbər rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
ABŞ İran neftinə sanksiyalar tətbiq etdiyi gündən dünyanın bir neçə böyük dövləti bu sanksiyalara əhəmiyyət verməyəcəyini bildirib. Elə bu üzdən də bu sanksiyadan zərbə görən Qərb özü olub və neftin qiyməti rekord həddə yüksəlib.


Story Code: 143605

News Link :
https://www.islamtimes.org/az/news/143605/abş-iran-qarşısında-diz-çökür

Islam Times
  https://www.islamtimes.org