0
Wednesday 7 March 2012 - 10:43

İran həmişə Qarabağ məsələsində Azərbaycanı dəstəkləyib

Story Code : 143628
Mustafa Dövlətyar
Mustafa Dövlətyar
"IslamTimes"-ın verdiyi məlumata əsasən, İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Mustafa Dövlətyar "APA" xəbər agentliyi müxbirinin sualını belə cavablandırıb: "İran ilk günlərdən Qarabağ münaqişəsinin həlli zəminində Azərbaycanın mövqeyini dəstəkləyib."

Dövlətyar əlavə edib: "İran BMT və digər beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəkləyib. Qarabağ münaqişəsinin həlli zəminində də İran vasitəçi rolunu oynamağı dəfələrlə təklif edib. Mənim nəzərimcə İranın uyğun təklifi bu münaqişənin həlli üçün yaxşı potensial ola bilər. Amma təəssüflər olsun ki, bu münaqişənin həllində Qərbin vasitəçi olmasına üstünlük verilir. Qərb dövlətləri də bu münaqişənin həllində öz maraqlarını güdür."

Mustafa Dövlətyar Azərbaycan rəsmilərinin də Qərb dövlətlərinin Qarabağ münqaşisə ilə bağlı müsbət addım atmadığını etiraf etdiyini bildirib. Dövlətyar İran, Azərbaycan və Ermənistanın qonşu dövlətlər olduğundan müştərək mənafelərə malik olduğunu bildirərək deyib:

"Biz qonşu dövlətlərik və qonşu dövlətlər arasında sülhün bərqərar olunması zəruridir. Təəssüflər ki, Qərb hələ də bu münaqişədən öz maraqları çərçivəsində faydalanır. Bir gün Azərbaycana kömək edə biləcəyimizə ümidvaram."
Comment