QR CodeQR Code

Qubada yeni aksiya cəhdi

7 Mar 2012 12:16

IslamTimes - Bu gün səhər saatlarında təxminən 20 nəfər Quba sakini rayonun icra hakimiyyətinin binası qarşısına toplaşıblar


Bu gün səhər saatlarında təxminən 20 nəfər Quba sakini rayonun icra hakimiyyətinin binası qarşısına toplaşıblar. Bu barədə "Yeni Müsavat" qəzetinin Qubaya ezam olunmuş reportyoru Fərahim İlqaroğlu məlumat verib.

Reportyorumuzun sözlərinə görə, İH binasının önünə yığışanlar 1 mart hadisələrinə görə həbs olunan Quba sakinlərinin azadliga buraxilmasını tələb ediblər. Polis aksiya keçirməyə cəhd gösətərənlərin nümayəndələrini - iki ağsaqqalı İH-ə buraxaraq, yerdə qalan adamları qovub-dağıdıb.

Əməkdaşımızın veridiyi xəbərə görə, Qubada bütün hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində işləyirlər. /HaqqYolu/


Story Code: 143675

News Link :
https://www.islamtimes.org/az/news/143675/qubada-yeni-aksiya-cəhdi

Islam Times
  https://www.islamtimes.org