0
Wednesday 7 March 2012 - 12:26

Obama: İranla danışıqlar yolu hələ də mövcuddur

Story Code : 143680
Obama - Netanyahu
Obama - Netanyahu
"IslamTimes" ABŞ KİV-nə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Obama İsraili həmişə müdafiə etdiklərini xatırladaraq, İranın nüvə enerjisi ilə bağlı danışıqlar yolunun hələ də açıq olduğunu bildirib.

Netanyahu İsrailin xarici təhlükələr qarşısında müdafiəyə qalxacağını bildirərək deyib: "Əgər İsrailin təhlükəsizlik məsələsi gündəmə gəlsə, istənilən bir qərar vermək bizim haqqımız olacaq."

İşğalçı İsrailin baş naziri ölkənin müdafiəsinin onların haqqı olduğunu bildirərək talelərini özlərinin yazacağını bildirib.

Beynəlxalq ekspertlər İrana hərbi müdaxilə mövzusunda İsraillə ABŞ arasında ciddi fikir ayrılığı yarandığını bildirirlər.

İsrail İranın güclənməsindən çox ehtiyatlanır. Bu gün dünyanın böyük ölkələrindən olan ABŞ, İngiltərə və bir çox Qərb ölkələri İsraillə birlikdə olduğundan onun cinayətlərinə göz yumur. Amma İran kimi bir dövlətin dünyanın qüdrətli dövlətləri siyahısına qatılmasını işğalçı İsrailin özbaşnalıqlarına son qoyulması kimi dəyərləndirə bilərik.
Comment