QR CodeQR Code

Salehi: “İran, Azərbaycan, Türkiyə - üç bədəndə bir ruhdur”

7 Mar 2012 16:56

IslamTimes - «Xarici işlər nazirlərinin görüşü çox faydalı, məlumatı və geniş keçdi. Bir çox qlobal məsələlər müzakirə olundu. Bəyannamədə regionda baş verən proseslərə toxunulub».


APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

«Bu cür görüşlər hər üç dövlət üçün önəmlidir», - deyə nazir vurğulayıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə qeyd edib ki, üçlü toplantı regional əlaqələrə müsbət təsir göstərir. Nazirin sözlərinə görə, növbəti aylarda 4 alt komitə toplanacaq.

«Türkiyə, Azərbaycan və İran artıq regional əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addımlar atıb. Vanda nazirlərin toplantısı ilə yanaşı, ayrıca üç ölkədən iş adamlarının iştirakı ilə toplantı keçirilməsi planlaşdırılır. Burada gömrük prosedurlarına da baxılacaq», - deyə Ə. Davudoğlu bildirib.

Nazir qeyd edib ki, tərəflər Qafqazdakı münaqişələrin tezliklə həllini tapacağına ümid edir.

Əli Əkbər Salehi qeyd edib ki, üç ölkənin tarixi bağları var: «Biz üç dövlət üç bədəndə bir ruhuq. Təbii ki, bu da hər üç ölkə arasındakı razılaşmalarda əksini tapır. Biz mütəmadi qaydada məsləhətləşmələrimizi davam etdiririk».

Nazir qeyd edib ki, hər üç ölkənin ümumilikdə 170 milyondan artıq əhalisi var və birgə böyük bazar yarada bilərlər.


Story Code: 143748

News Link :
https://www.islamtimes.org/az/news/143748/salehi-iran-azərbaycan-türkiyə-üç-bədəndə-bir-ruhdur

Islam Times
  https://www.islamtimes.org