QR CodeQR Code

Qubada vəziyyət gərginləşib

9 Mar 2012 09:52

IslamTimes - Martın 8-də Quba üsyanında iştirak edən daha altı rayon sakini həbs edilərək rayon prokurorluğuna gətirilib.


Qubadakı mənbəmizin musavat.com-a verdiyi məlumata görə saxlanılanları martın 1-dəki ixtişaşlarda dövlət əmlakına ziyan vurmaqda, polisə tabe olmamaqda ittiham edirlər.
Martın 8-də həbs olunanların yaxınları Quba Rayon Prokurorluğu qarşısına toplaşıblar. Rayon prokurorluğundan həbs olunanların yaxınlarına bildirilib ki, onlar istintaqa cəlb olunacaqlar.
Qeyd edək ki, rayondakı mənbəmiz hazırda həbs olunanların adlarını öyrənməyə çalışır. /HaqqYolu/


Story Code: 144123

News Link :
https://www.islamtimes.org/az/news/144123/qubada-vəziyyət-gərginləşib

Islam Times
  https://www.islamtimes.org