0
Saturday 10 March 2012 - 12:52

Bakıda quyular qazılacaq

Story Code : 144389
Baku - Bakı
Baku - Bakı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev cümə günü Trend-ə deyib ki, SSRİ dövründə Bakı şəhəri ərazisində qrunt sularını sorub götürən 500-ə yaxın quyu var idi. Həmin quyular qrunt sularının səviyyəsinin qalxmasına imkan vermirdi. Amma SSRİ süqut etdikdən sonra həmin quyular da dağılıb.
"O şəbəkə dağıldı, indi onun bərpa edilməsinin vaxtı gəlib çatıb. Əslində o quyuları bərpa etmək mümkün deyil, onların əvəzinə yeniləri qazılmalıdır. Bakı şəhərində qrunt, yəni yeraltı suların idarə olunması mexanizmi yaradılmalıdır", - Niftiyev əlavə edib.
O bildirib ki, qrunt sularının səviyyəsinin artmasının qarşısını almaq üçün bütün Bakıda quyuların qazılmasına ehtiyac var. Çünki Bakıda qrunt sularının miqdari çox qalxır. Qrunt sularının səviyyəsinin qalxması isə əsas iki - texnogen və təbii amillər hesabına baş verir. Atmosfer çöküntülərinin artması da qrunt sularının səviyyəsinin artmasına imkan verir.
Niftiyev bildirib ki, hazırda çökmə prosesinin baş verdiyi Suraxanı rayonu, Zığ şosesi və sürüşmənin baş verdiyi Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti ərazisində vəziyyət sabitdir.
"Hələ bir dəyişiklik yoxdur. Zığda monitorinqlər, hidrogeoloji işlər aparılır. Ərazidə sürüşmə kütləsi yüngülləşdirilir. Problem yaranarsa, adekvat qərar qəbul etmək üçün hazırda ərazilər nəzarətdə saxlanılır", - Niftiyev qeyd edib.O, hər iki ərazidə sürüşmə və çökmənin qrunt sularının səviyyəsinin qalxması nəticəsində baş verdiyini xatırladıb. Hazırda Xətai rayonunda qrunt sularını kənarlaşdırmaq üçün 3 quyu qazılır", - baş mühəndis qeyd edib. /HaqqYolu/
Comment