0
Saturday 10 March 2012 - 17:01

“Amerika İsrail İctimai Əlaqələr Komitəsi” dünya üçün bir təhlükədir

Story Code : 144469
“Amerika İsrail İctimai Əlaqələr Komitəsi” dünya üçün bir təhlükədir
“Amerika İsrail İctimai Əlaqələr Komitəsi” dünya üçün bir təhlükədir
Islam times.org/az/ - ABŞ mediası “Amerika İsrail İctimai Əlaqələr Komitəsinin” dünya sülhünə global təhdid olmasını gizlədir.

Press TV-nin verdiyi məlumata əsasən jurnalist Alison Veir bildirib ki, “Amerika İsrail İctimai Əlaqələr Komitəsi” dünya üçün bir təhlükədir.


“Əgər Amerikanlar Bilsəydi” veb səhifəsinin icraedici rəhbəri Press TV-yə ekskluziv açıqlamasında bildirb ki, “Amerika İsrail İctimai Əlaqələr Komitəsi” çox təhlükəli bir qurumdur, çünki halhazırda bu qurum Amerikanın xarici siyasətini təyin edir və Amerikanı İrana hücüm etməyə və yaxud da İsrailin İrana hücumunu dəstəkləməyə təşviq edir.

Veir həmçinin inanır ki, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların arxasında məhz bu qurum dayanır.

“Amerika İsrail İctimai Əlaqələr Komitəsi” Amerikanın, sülh və ədalətin yox, xaric bir ölkə olan İsrailin maraqlarını həyata keçirən bir lobbidir.

Amerika mediası həddən artıq İsrail yönümlüdür. Düzgün siyasi qərarlar çıxarmaq üçün xalqa lazım olan məlumatların bir çoxu media tərəfindən təhrif edilir. Bunun nəticəsində də Amerika ictimaiyyətinin İsrail lobbisinin həqiqətləri haqda fikirləri təhrif edilmiş olur. Hətta amerika vətəndaşlarının çoxsu belə bilmir ki, İsrail lobbisi hansı maraqlara xidmət edir.

“Amerika İsrail İctimai Əlaqələr Komitəsi” Amerikada olan ən güclü lobbilərdən biridir. O amerikanın xarici və yerli siyasətini İsrailin maraqlarına xidmət etməsini təyin edir.
Source : Islamtimes
Comment