0
Sunday 11 March 2012 - 08:09

Davudoğlu: İran - 5+1 danışıqları İstanbulda keçiriləcək

Story Code : 144624
Davudoğlu: İran - 5+1 danışıqları İstanbulda keçiriləcək
Davudoğlu: İran - 5+1 danışıqları İstanbulda keçiriləcək
"IslamTimes" "Hüriyyət" qəzetinə istinadən xəbər verir ki, Əhməd Davudoğlu aprel ayında İranla 5+1 arasında danışıqlara İstanbulun ev sahibliyi edəcəyini bildirib.

Bu xəbər 5+1 qrupunun İranla danışıqlara hazır olmasını elan etməsindən bir gün sonra verilib.

5+1 bildirib ki, İranla baş tutacaq görüşdən sonra bir sıra mübahisəli məsələlərdə qarşı tərəflərdə bir-birinə inam yaracağına ümid edir.

Xatırladaq ki, Avropa İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Katrin Eşton son günlərdə İran İslam Respublikasının Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibi Səid Cəliliyə ünvanladığı məktubda 5+1-in İranla danışıqların yenidən başlamasına meylli olduğunu açıqlamışdı.
Comment