0
Monday 12 March 2012 - 09:19

ABŞ Əfqanıstanda inqilab baş verə biləcəyindən nigarandır

Story Code : 144938
ABŞ Əfqanıstanda inqilab baş verə biləcəyindən nigarandır
ABŞ Əfqanıstanda inqilab baş verə biləcəyindən nigarandır
"IslamTimes" "Al-Arab-Online"-a istinadən xəbər verir ki, ABŞ hərbiçilərinin əfqanları qətliam etməsi halı bundan öncə də dəfələrlə baş verib. Amma ABŞ-ın sonuncu dəfə Qəndəharda törətdiyi bu cinayət o qədər vəhşiliklə baş tutdu ki, əfqan xalqı ayağa qalxaraq irihəcmli aksiyalar keçirməyə start verdi.

Aksiyalar və xalqın qəzəbi o qədər şiddətlidir ki, Ağ Ev uyğun aksiyaların Əfqanıstanda yerləşdirilmiş hərbiçilərə qarşı inqilaba çevriləcəyindən qorxuya düşüb.

Elə bu üzdən də son günlər əfqan xalqının etirazlarından özünü itirmiş ABŞ prezidenti Barak Obama 16 əfqanıstanlının ABŞ hərbiçiləri tərəfindən qətlə yetirilməsini çox bədbəxt və inanılmaz hadisə kimi dəyərləndirib.

Xatırladaq ki, bazar günü sübh saatlarında bir ABŞ hərbiçisi hərbi qərargahdan çıxdıqdan sonra Qəndəhar sakinlərini atəşə tutmağa başlayıb. Bu olay nəticəsində 16 günahsız şəhər sakini həlak olub.
Comment